Bölmələr
  Əsas səhifə  
  Haqqında  
  Hesabatlar  
  Fotoalbom  
  Videoalbom  
  Əlaqə  
     
  İlham Əliyev adına zirvə  
  Qüdrət bulağı  
  Bizim işcilər  
  Freskalar  
  Memarlıq abidələri  
  Mağaralar  
  Kurqanlar  

 

Keçidlər
 
19 dekabr 2007-ci il 2563 saylı sərancamı ilə Ağstafa rayonunun ərazisində yerləşən Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksinin Azərbaycan Respublikasının “Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğu” elan edilmişdir
Hesabatlar

Keşikçidağ silsiləsində orta əsrlər dövrünə aid xristian mağara məbəd abidələri

         Ədəbiyyatda DavidQaredji kimi tanınan orta əsrlər dövrünə aid xristian mağara məbədlər kompleksi Tiflisdən təqribən 60 km şərqdə və Böyük Kəsik dəmiryol stansiyasından demək olar ki, 40 km şimal-şərq istiqamətində yerləşir. Tarixin müxtəlif dövrlərində kompleksə Qıbırrı və Kür çaylarının hövzələrini ayırandağların  qayalarında qazılmış 17 monastır və  25 km-lik ərazidə yerləşən dini etiqad obyektləri daxil idi.



Keşikçidağ silsiləsi ətrafı qədim abidələr haqqında məlumat

         Yer tarixinin III geoloji dövründə dəniz altından çıxmış Qatardağ silsilələri qumlu-gilli çuxurlardan yaranmışdı. Bu tərkibli çöküntülər içərisindən sarmat dövrünün axırlarına müvafiq (8-10 milyon il) nəhəng onurğalı məməli heyvanların qalıqları aşkar edilmişdir (D.V.Hacıyev).



KEŞİKÇİDAĞDA ARXEOLOJİ ARAŞDIRMALAR

Arxeologiya və Etnoqrafiya İnsititutunun Ağstafa rayonu ərazisindəki abidələri tədqiq edən ekspedisiyası tərəfindən 2008-ci ildə «Keşikçidağ» Dövlət tarix-mədəniyyət qoruğunda arxeoloji qazıntı işləri aparmışdır.


Keşikçidağda Alban xristian abidələri
(arxeoloji materiallar əsasında)

Keşikçidağ abidələr kompleksi tarixən Qafqaz Albaniyasının inzibati ərazi vahidi olan Kambisena vilayətinin torpaqlarında inşa edilmişdir.



“Keşikçidağ”  mağara-məbədlər kompleksi

Gürcüstanla sərhəddə Qatardağ silsiləsi Ceyrançöl adlanan ərazidə qumsal dağların qayalıqları üzərində, gediş-gəliş üçün o qədər də asan olmayan bir yerdə yerləşən “Keşikçiqala” və onun ətrafında freskalarla zəngin mağara - məbədlər kompleksi məhz bu rayonun ərazisindədir.

“Keşikçidağ” mədəniyyət qoruğundakı mağara-məbəd kompleksindəki freskalar haqqında

“Ceyrançöl” və xristian (alban) məbədlərində tədqiqat məqsədilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkil etdiyi elmi ekspedisiya 2008-ci il avqust ayında göstərilən obyektdə çox çətin şəraitdə mütəmadi olaraq tədqiqat işləri aparmışdır.

Ağstafa rayonunun Ceyrançöl ərazisində aşkar edilmiş
arxeoloji abidələr barədə hesabat

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşlarının qoruğa yaxın ərazidəqədim qəbirlərin mövcudluğu barədə verdikləri məlumatı yerindəcə yoxlamaq üçün 2011-ci ilin iyun ayının 24-25-də həmin əraziyə səfər etdik.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun 2008-ci il dekabr ayında Ağstafa rayonuna ezam edilmiş ekspedisiyasının “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda apardığı arxeoloji və antropoloji tədqiqatların hesabatı

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti cənab Mahmud Kərimova göndərdiyi 3171/09 saylı, 25.11.2008-ci il tarixli, “Keçikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda təsadüfən aşkar edilmiş qəbirlərin tədqiqi ilə əlaqədar məktuba əsasən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aşağıdakı tərkibdə ekspedisiyası 2008-ci il dekabrın 7-də Ağstafa rayonuna ezam edilmişdir:

1. Nəcəf Müseyibli – ekspedisiyanın rəisi, İnstitutunun elmi işlər üzrə direktor müavini, arxeoloq, t.e.n.
2. Dmitri Kiriçenko – antropoloq, t.e.n
3. Anar Ağalarzadə – arxeoloq, elmi işçi.

Azərbaycan Respublikasının Şimal-Qərb bölgəsinin
taixdə və müasir Gürcüstan tarixi
mənbələrində yeri

“Saingilo” adlanan bölgə (1919-cu ilədək Zaqatqlq hərbi dairəsi, hazırda Azərbaycan Respublikasının Zaqatala, Qax və Balakən rayonları) ətrafında vəziyyət Gürcüstan publisistikası və tarixi mənbələrində kifayət qədər uzun qəziyyəyə malikdir. Məsələ Rusiya istibdadının və pravoslav kilsənin, demək olar ki, yerli əhalinin xristian olmadığı Zaqatala dairəsində XIX əsrin ortalarından başlayan xristian məzhəbinin yayılmasına dair kursundan sonra qabarıq forma almağa başladı. XIX əsrin son illiklərində - XX əsrin əvvəllərində vüsət almağa başlayan gürcü milli hərəkatının və gürcü əsilli ruhanilərin “müchidlik” fəaliyyətinin yüksəlişi şəraitində, M.Canaşvilinin... qeyd etdiyi kimi, xristian sakinlərin sayı bölgə əhalisinin nəzərəçarpacaq təbəqəsini təşkil etməyə və artıq o zaman ərazinin guya tarixən Gürcüstana aid olmasına dair fikirlər fəal surətdə yayılmağa və yeridilməyə başlanmışdı.

Keşik Qala və Qatardağ silsiləsi.Alban məbədləri

Mənbələrdə qeyd edildiyi kimi Qədim Qafqaz Albaniyası ərazisində bir sıra müqəddəs ocaqlar, məbəd mərkəzləri olmuşdur. Albaniyada xristianlıq dövründə 8 yepiskopluq fəaliyyətdə olmuşdur. Xilafətin işğalından sonra Albaniyada onlardan 5-i qalmışdır ki, onlar da yalnız ucqar vilayətlərdə dağlıq, meşəlik ərazilərdə saxlanmışdır. Xristianlığın güclü qollarından 3 Şimali-Qərbi Azərbay canın Şəki-Balakən, Qazax-Dilican nahiyə- lərində mövcud olmuşdur.

Keşikçidağ silsiləsi ətrafı qədim abidələr haqqında məlumat

Yer tarixinin III geoloji dövründə dəniz altından çıxmış Qatardağ silsilələri qumlu-gilli çuxurlardan yaranmışdı. Bu tərkibli çöküntülər içərisindən sarmat dövrünün axırlarına müvafiq (8-10 milyon il) nəhəng onurğalı məməli heyvanların qalıqları aşkar edilmişdir (D.V.Hacıyev). Maraqlıdır ki, kompleks tərkibində üç növ (Mastadont, cənub və qədim), fil, zürafə, hipparion, (üç dırnaqlı at), qədim öküz, dəvə quşu və s. əldə olunmuşdur.



© 2010. “Keşikçidağ” Dövlət qoruğu | Bütün Muəllif Hüquqları qorunur.
Hər hansı bir məqalə istifadə olunduqda quruma yazılı məlumat verilməlidir.