Bölmələr
  Əsas səhifə  
  Haqqında  
  Hesabatlar  
  Fotoalbom  
  Videoalbom  
  Əlaqə  
     
  İlham Əliyev adına zirvə  
  Qüdrət bulağı  
  Bizim işcilər  
  Freskalar  
  Memarlıq abidələri  
  Mağaralar  
  Kurqanlar  

 

Keçidlər
 
19 dekabr 2007-ci il 2563 saylı sərancamı ilə Ağstafa rayonunun ərazisində yerləşən Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksinin Azərbaycan Respublikasının “Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğu” elan edilmişdir

İşçilərin Sənədləri

1.Mursaquliyev Musa Həmid oğlu - 1978-ci ildə Qazax rayonunun Muğanlı kəndində anadan olmuşdur. 1995-ci ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakultəsinə daxil olmuş, 1999-cu ildə həmin fakultənin “Kitabşünas və nəşriyyat redaktoru” ixtisasını almışdır. Təhsilini başa vurduqdan sonra bir çox yerlərdə çalışmışdır. Hal-hazırda Azərbaycan Turizm İnstitunun Menecment fakultəsinin V kurs tələbəsidir. 18 mart 2008-ci ildən qoruqda direktor vəzifəsində işləyir
2.   İbrahimov Alı Tapdıq oğlu - 1976-cı ildə  Qazax rayonunun Muğanlı kəndində anadan  olmuşdur. 1994-cü ildə Aqrar Ekologiya İnstitunun Mühəndis iqtisadiyyatı və idarə etmə fakultəsinə daxil olmuş, 1998-ci ildə həmin fakultənin “Biznes-menecment” ixtisasını almışdır. 1 may 2008-ci ildən qoruqda ekskursiyaçı, 2 fevral 2010-cu ildən isə direktor müavini işləyir.
3.  Qocayeva Elza Şahvələd qızı -1966-cı ildə Qazax rayonunun I Şıxlı kəndində anadan olmuşdur. 1986-cı ildə Bakı Maliyyə-kredit texnikumuna daxil olmuş, 1988-ci ildə həmin texnikumun “Mühasibat uçotu” ixtisasını almışdır. 15 iyun 2008-ci ildən qoruqda baş mühasib işləyir.
4.  Yolçuyeva Gülnarə Muxtar qızı - 1957-ci ildə Gürcüstan Respublikası Saqareco rayonu Muğanlı kəndində anadan olmuşdur. 1976-cı ildə Azərbaycan İnşaat mühəndisləri İnstitunun Memarlıq fakultəsinə daxil olmuş, 1981-ci ildə həmin fakultənin “Memar” ixtisasını almışdır. Təhsilini başa vurduqdan sonra bir çox yerlərdə çalışmış, 8 sentyabr 2008-ci ildən qoruqda baş fond mühafizi işləyir.
5.   Hacıyev İmaş Adışirin oğlu – 1979-cu ildə Bakı şəhərində 84 № -li Texniki məktəbi reklam  – tərtibat işləri üzrə vitrajçı  – rəssam ixtisası alaraq fərqlənmə ilə, 1991-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bədii qrafika fakültəsini bitirmişdir. 2004-cü ildə namizədlik (indiki fəlsəfə doktorluğu) dissertasiyası müdafiə etmişdir. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur.. 2005-ci ildə Azərbaycan Rəssamlar İttifaqına, 2008-ci ildə Azərbaycan Dizaynerlər İttifaqına üzv qəbul edilmişdir. 2009-cu ildə dosent elmi adını almışdır.
Respublikada və eləcə də xarici ölkələrdə – Türkiyə, Rusiya, Özbəkistan, Ukrayna və Qazaxıstanda  dərc olunmuş  80-ə qədər elmi məqalələrin və bir neçə  metodik vəsaitin müəllifidir.
Yerli və Beynəlxalq konfransların iştirakçısı olmuşdur.
Müxtəlif sərgilərin  iştirakçısı olmuş, 1992-1994-cü illərdə Sumqayıt şəhərində fərdi sərgiləri keçirilmişdir.
         Qoruqda 2012-ci ilin iyul ayından etibarən aparıcı elmi işçi vəzifəsində çalışır.
6.   Qədimov Həşim Bəxtiyar oğlu – 1985 –ci ildə Özbəkistan Respublikasının Akkurqan şəhərində anadan olmuşdur. 2003 – cü ildə Azərbaycan Beynəlxalq Universitetinin Riyaziyyat və İnformatika fakultəsinə daxil olmuş, 2007 – ci ildə bitirmişdir. 30 iyun 2011 – ci ildən qoruqda ekskursiyaçı, 1 iyun 2012 –ci ildən isə böyük elmi işçi işləyir.
7.   Məmmədova Günay Məzahir qızı – 1982 – ci ildə Ağstafa rayonunda anadan olmuşdur. 2003 - cü ildə Gəncə Dövlət Universitetinin Filologiya fakultəsinə daxil olmuş, 2007 – ci ildə təhsilini başa vurmuşdur. 1 dekabr 2011 – ci ildən qoruqda böyük elmi işçi işləyir.
8.   Nəbiyeva Hava Adil qızı – 1991 –ci ildə Ağstafa rayonunda anadan olmuşdur. 2008 – ci ildə Bakı Dövlət Universitetinin Geologiya fakultəsinə daxil olmuş, hal-hazırda V kurs tələbəsidir. 1 avqust 2009 – cu ildən qoruqda kiçik elmi işçi işləyir.
9.   Məstanova Ülviyyə Rasim qızı – 1985 – ci ildə Ağstafa rayonunda anadan olmuşdur. 2002 – ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının İstehsal Proseslərinin avtomatlaşdırılması fakultəsinə daxil olmuş, 2007 –ci ildə həmin fakultənin Fiziki qurğuların elektronikası və avtomatikası ixtisasını almışdır. 1 sentyabr 2012 – ci ildən qoruqda ekskursiyaçı işləyir.
10.   Həsənov Elşən Lətif oğlu – 1974 – cü ildə Ağstafa rayonunda anadan olmuşdur. Orta təhsillidir. 1 aprel 2009 – cu ildən qoruqda ekskursiyaçı işləyir.
11.  Nəsibov İsgəndər Bayram oğlu – 1978 –ci ildə Bakı şəhəri Nizami rayonunda anadan olmuşdur. Orta təhsillidir. 12 may 2008 – ci ildən qoruqda abidə mühafizi işləyir.
12.  Mursaquliyev Azər Nəsrəddin oğlu – 1974- cü ildə Qazax rayonunun Muğanlı kəndində anadan olmuşdur. Orta təhsillidir. 1 iyun 2009 –cu ildən qoruqda abidə mühafizi işləyir.
13.  Yusifov Qurban Nəsib oğlu – 1970 –ci ildə Qazax rayonu Muğanlı kəndində anadan olmuşdur. Orta təhsillidir. 9 yanvar 2012 – ci ildən qoruqda abidə mühafizi işləyir.
14.  Əmiraslanov Loyman Məhəmməd oğlu – 1988 –ci ildə Qazax rayonunun Muğanlı kəndində anadan olmuşdur. Orta təhsillidir. 6 yanvar 2012 –ci ildən qoruqda abidə mühafizi işləyir.
15.  Vəliyeva Səmayə Rəhim qızı – 1944 – cu ildə Ağstafa rayonunda anadan olmuşdur.1964–cü ildə Kənd Təsərrüfatı Nazirliyinin Göyçay kənd təsərrüfatının mexanikləşdirmə və elektrikləşdirmə texnikumunun texnik-elektrik ixtisasını almışdır. 1 may 2008 – ci ildən qoruqda xadimə işləyir.
16.  İsayev Şaiq Əli oğlu – 1971 – ci ildə Qazax rayonunun Sadıxlı kəndində anadan olmuşdur. 1986-1990 – cı illərdə Gürcüstan Respublikasının Qardabani rayonunun 121 saylı peşə məktəbinin sürücülük ixtisasını almışdır. 21 iyul 2008 – ci ildən qoruqda abidə mühafizi, 6 yanvar 2012 – ci ildən isə bağban işləyir.
17. Nəcəfov Elgün Elburus oğlu – 1990 –cı ildə Ağstafa rayonunda anadan olmuşdur. 2006 – cı ildə Tovuz Dövlət Sosial İqtisad Kollecinə daxil olmuş, 2010 – cu ildə Nəqliyyatda daşınmaların və idarə etmənin təşkili ixtisasını almışdır. 6 yanvar 2012 – ci ildən qoruqda dalandar işləyir.
18. Məmmədov Arif Məhəmməd oğlu - 1961-ci il Goranboy rayonunda anadan olub. Tarix elmləri doktoru, professor. 2013-cü ilin may ayından qoruqda baş elmi işçi vəzifəsində işləyir.

© 2010. “Keşikçidağ” Dövlət qoruğu | Bütün Muəllif Hüquqları qorunur.
Hər hansı bir məqalə istifadə olunduqda quruma yazılı məlumat verilməlidir.