Bölmələr
  Əsas səhifə  
  Haqqında  
  Hesabatlar  
  Fotoalbom  
  Videoalbom  
  Əlaqə  
     
  İlham Əliyev adına zirvə  
  Qüdrət bulağı  
  Bizim işcilər  
  Freskalar  
  Memarlıq abidələri  
  Mağaralar  
  Kurqanlar  

 

Keçidlər
 
19 dekabr 2007-ci il 2563 saylı sərancamı ilə Ağstafa rayonunun ərazisində yerləşən Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksinin Azərbaycan Respublikasının “Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğu” elan edilmişdir
Memarlıq abidələri

 

     Dəniz səviyyəsindən 850 metr hündürlükdə dağın zirvəsində nəzarət və müdafiə məqsədilə tikilən üçmərtəbəli Keşikçiqalanın hündürlüyü 11 metr, sahəsi 26,25 kv m (5 x 5,25), divarların qalınlığı bir metrə və mərtəbələrarası hündürlük 3.60 sm-dir. Üçüncü mərtəbənin bir hissəsi dağıldığından onun hündürlüyü bir qədər azdır. Qalanın bütün mərtəbələrində dörd tərəfə baxan müşahidə gözlükləri onun müdafiə məqsədilə tikildiyini təsdiqləyir. Qafqaz Albaniyasında eyni məqsədlə tikilmiş qalaların mərtəbələrarası tağ forması Keşikçiqalada da mövcuddur. Kərpicdən və yerli daşdan inşa edilmiş tağlar memarlıqda praktik əhəmiyyət daşıyan möhkəmliyi təmin edirdi. Tarixçilərin verdiyi məlumata görə bu qalanın inşa edilmə tarixi V-VI əsrlərə təsadüf edir. Qala göstərilən ərazidə strateji baxımından  münasib və ən hündür  yerdə sal qaya üzərində tikilmişdir. Qalanın müdafiə xarakterli olmasını onun ikinci və üçüncü mərtəsində dörd tərəfdə mövcud olan müşahidə üçün pəncərə- gözlüklər bir daha təsdiq edir. Qalanın tikintisində yerli təbii daşdan qırmızı kərpicdən istifadə edilmişdir. Keşikçiqaladan şimal-şərqə doğru coğrafi ərazinin ən hündür yüksəkliyində, dəniz səviyyəsindən 950 m hündürlükdə üzü cənub istiqamətinə baxan və yerli daş materiallardan inşa olunan iki məbəd yerləşir. Bir-birindən 1500 m aralıda yüksələn bu tikililər Qafqaz Albaniyası dövrünün xristian məbədləridir. Hər iki məbədin ön və yan hissələrdən qoyulmuş mazğal formalı pəncərələri tikilinin interyerini qismən işıqlandırır. Bu məbədlər tikilmə və memarlıq üslubuna görə Qafqaz Albaniyası dövründə inşa edilmiş digər məbədlərlə eynilik təşkil edir. Məbədlərin inşa edildiyi, Keşikçiqalanın ucaldığı sıldırım qayalarda da mağara tipli hücrələr, dini ayinlərin keçirildiyi ibadətgahlar, su quyuları və ərzaq anbarları az deyil.


© 2010. “Keşikçidağ” Dövlət qoruğu | Bütün Muəllif Hüquqları qorunur.
Hər hansı bir məqalə istifadə olunduqda quruma yazılı məlumat verilməlidir.