Bölmələr
  Əsas səhifə  
  Haqqında  
  Hesabatlar  
  Fotoalbom  
  Videoalbom  
  Əlaqə  
     
  İlham Əliyev adına zirvə  
  Qüdrət bulağı  
  Bizim işcilər  
  Freskalar  
  Memarlıq abidələri  
  Mağaralar  
  Kurqanlar  

 

Keçidlər
 
19 dekabr 2007-ci il 2563 saylı sərancamı ilə Ağstafa rayonunun ərazisində yerləşən Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksinin Azərbaycan Respublikasının “Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğu” elan edilmişdir
Qüdrət bulağı

 

    Keşikçidağ mağaralar kompleksində yerləşən Qüdrət bulağı yerli əhalinin qədim tarixə malik olan mənşəyini, mədəniyyətini, dini-etik xüsusiyyətlərini özündə əks etdirir. Həmin ərazidə lap qədimdən bu günə qədər yerli əhali təbiət hadisələrinə - müxtəlif dağlara, ağaclara, suya, oda və s. müqəddəsləşdirilmiş yerlərə inam göstərmişlər. Qüdrət bulağı da hələ qədim vaxtlardan insanların ziyarətgah, inanc yeri kimi qəbul edilmişdir. Buranı müqəddəs yer hesab edən, həmin yerə inanıb, niyyət tutub gələn və niyyəti hasil olan insanlar bulağa bu adı (Qüdrət) vermişlər.
     Bununla yanaşı, ərazidə bitən əncir və dağdağan ağacları insanlar tərəfindən müqəddəs ağac kimi qəbul edilmişdir. Yerli əhali arasında həmin bulağa və ağaclara qədim dövrlərdən mövcud olmuş inam indiki dövrdə də qorunub saxlanılmışdır. Bu günümüzdə həmin bulaq üstündə qurbanlar kəsilir və bura etiqad edirlər.    Ağsafa rayonu ərazisində  ən müqəddəs  yerlərdən biri sayılan   Qüdrət bulağı  inam olduqca güclüdür. Sovetlər dönəmində  sərhədlər açıq olduğu vaxtlarda  hər il bura yüzlərlə  insan ziyarətə gəlir. Qüdrət bulağı tarixilik, dini inancların zənginliyi baxımından diqqəti cəlb edir.
    Qüdrət bulağı Ağstafa rayonunun Gürcüstanla sərhəddə rayon mərkəzindən 75 km şimal-qərbdə İlham Əliyev zirvəsindən 500 metr şimalda yerləşir. Sıldırım qayalığın içərisinə doğru uzanıb gedir. . Qüdrət bulağı müqəddəsliyi yerli əhali arasında  geniş yayilmişdır.


© 2010. “Keşikçidağ” Dövlət qoruğu | Bütün Muəllif Hüquqları qorunur.
Hər hansı bir məqalə istifadə olunduqda quruma yazılı məlumat verilməlidir.