Hesabat

Keşikçidağ silsiləsi ətrafı qədim abidələr haqqında məlumat


         Yer tarixinin III geoloji dövründə dəniz altından çıxmış Qatardağ silsilələri qumlu-gilli çuxurlardan yaranmışdı. Bu tərkibli çöküntülər içərisindən sarmat dövrünün axırlarına müvafiq (8-10 milyon il) nəhəng onurğalı məməli heyvanların qalıqları aşkar edilmişdir (D.V.Hacıyev). Maraqlıdır ki, kompleks tərkibində üç növ (Mastadont, cənub və qədim), fil, zürafə, hipparion, (üç dırnaqlı at), qədim  öküz, dəvə quşu və s. yanaşı ali  insanabənzər meymuna aid daş  qalıqları  da  əldə olunmuşdur. Məşhur paleoantropoloqlar (Birçard Abramoviç, Qaboşvilin, Binak, Rodiski , Yakimov , R. Qasımova ) bu ali meymunun 5diş qalığının öyrənərək  onu Udabnopitek (“driopitek”) adlandırılmışlar.Məhz  bu nadir diş qalıqlarına görə Qafqazı məxsusəndə  Azərbaycanı ilk  insanın  yaranma zonasına daxil  etmişdir. Burada Afrika  təbiətli landşaft qurşaqları, su hövzələri mövcud olmuşdur. Çox sonralar isə IV geoloji dövrün erkən çağlarında eoplen-stosen (Villatrank) mərhələsində (Ələşrəf Məmmədov, Müseyib Müseyibli, Naib Şirinov) güclü yer qabarmaları, dağ əmələgəlmə prosesləri təsirindən kəskin təbiət dəyişmələri baş verdikdə zəngin flora və fauna aləmi köklü dəyişmələrə uğramışdı.

         Bu zonada ilk yaşayış izləri IV dövrün ortalarında (450 minillərdə) başladığı tədqiqatlarla (V.P.Lyuvin, M.Hüseynov, M.Mənsurov) müəyyənləşdirilmişdi. Burada qaynar həyat 150-130 min il əvvələdək davam etmişdir. Qaradüz, Karvan dərə, Qüdrət bulağı, Acı dərə, qədim Daş dövrü düşərgələri, əmək alətlərinin təhlili bunları deyir.

         Növbəti dəfə Qatardağ (Keşikçidağ) silsiləsi ətrafında yaşayış-mədəniyyət izlərinə IV-V əsrlərdən rast gəlinir. Əvvəlcə bütpərəstlər - aya, günəşə, müxtəlif heyvanlara inam gətirənlər – öz dini baxışlarını saxlamaq və hücumlardan qorunmaq üçün bu dağlara çəklilib həyat sürmüşlər. Bundan sonra atəşpərəst zərdüştlər dini etiqadlarını davam etdirməkdən ötrü tərki dünya olmuş, özlərinin çapıb düzəltdiyi qayaaltı sığınacaqlarda-mağaralarda yaşamışlar. (F.Muradova, F.Məmmədova).

         Artıq IV əsrdən Albaniyada xristianlıq qəbul edildikdən sonra mağara-monastırlarda həyat yenidən canlanmışdı. (Z.Bünyadov)

         Lakin, sonrakı dövrlərdə bütpərəstliyə, eləcə də atəşpərəstlərə məxsus rəmzlər, simvol, nişanə və əlamətlər sındırılıb, qırılıb, kürünmüşdür.

         Qatardağ (Keşikçidağ) silsiləsindəki, Keşikqala və alban məbədləri V-VI əsrlərdə inşa olunmuşdur. (S.Vaxuşti, Y.Nəsibli). Qatardağ silsiləsinin şimalda quzeyə baxan tirə və düzənliklərində qədim Böyük Azərbaycanın Kambisena vilayəti ərazisində albanların təsərrüfat sahələri, metal və kərpic kürələri mövcud olmuşdur. Məbəd və kilsə kahinlərinə ianələr gəlmiş, onların çoxlu sayda işçi qüvvəsi iqtisadiyyatda fəaliyyət göstərmişdir (R.Göyüşov). Burada Borçalı, çökəyi-Başkeçitdən, ortaçala-Soqanlıqdan, Qara təpədən, Qaraçöp (Saqariço) və Sığnaqdan... ziyarətə gəlirlərmiş.

         Gürcülər ərazidə uzun müddət gizli planla işləmişdilər. Mağara-monastırlarda təmir aparmışlar. Alban məbədi və Keşikqalada qazıntılar aparmış, maddi qalıqları, mağara-monastırlardakı müqəddəs qəbirləri açıb skeletin baş-kəllə hissəsini, buradakı əşyaları mənimsəmişlər. Təcili olaraq kompleksdə tədqiqat işləri aparmaq zərurəti ortaya çıxmışdır. Əks təqdirdə onlar arxeoloji və antropoloji qalıqları özününküləşdirib bir neçə dildə çap edərək xristian aləminə car çəkməklə sərhəd mübahisəsi qaldıracaqlar. Nəticədə Ceyrançöl torpaqları, Qarayazı meşəsi, qışlaqlar əlimizdən çıxacaqdır.

 

 

 

AMEA-nın Arxeoloji və Etnoqrafiya

İnstitunun aparıcı e.i.,t.e.n.,Paleolit

arxeoloji ekspedisiyası

Ceyrançöl dəstəsinin rəhbəri    -  Mənsur Məhəmməd oğlu Mənsurov