Hesabat

                             Arif Məmmədov
tarix elmləri doktoru, professor


Keşikçidağda Alban xristian abidələri
(arxeoloji materiallar əsasında)

Keşikçidağ abidələr kompleksi tarixən Qafqaz Albaniyasının inzibati ərazi vahidi olan Kambisena vilayətinin torpaqlarında inşa edilmişdir.
Müasir Azərbaycan və Gürcüstan Respublikalarının sərhədində, Ağstafa rayonu ərazisində yerləşən Keşikçidağ abidələr kompleksi, Aveydağ, Tatlı, Yuxarı Əskipara məbədləri kimi, (12.132;4.36) Gürcüstan Respublikasının ərazisində qalan Çeremi, Qurcaani (Qurcaani rayonu), Areşi Nekreşi, Dzveli Qavaza (Kvareli rayonu), Poxoraulebi (Telavi rayonu) və s.(12.14) kimi abidələr də alban xristian mədəniyyətinə aid edilirlər və onlardan bir çoxu həm arxeoloji, həm də memarlıq baxımından tədqiq edilmişdir(3;5;6;7;15;16;17;18;19;20;22;24;25;27;28;29;30).
1966-cı ildə Kaxeti arxeoloji ekspedisiyasının (rəis K.N.Pitsxelauri) Telavi dəstəsi (rəhbər Ts.N.Çikoidze) Poxoraulebi adlı yerdəki xristian məbədində arxeoloji qazıntı işləri aparmışdır. M.Xəlilov bu ərazinin tarixi Albaniya hüdudlarına daxil olduğunu nəzərə alaraq haqlı olaraq həmin abidənin alban xristian mədəniyyətinə aid olduğunu bildirmişdir(12.14;36.129 ;29).
1975-ci ildə R.M.Vahidov və N.M.Quliyev Qazax rayonunun Əskipara kəndindəki xristian abidələri kompleksinə baxış keçirmişlər(34.46).
1975-ci ildə R.B.Göyüşov və A.B.Nuriyev Ağstafa rayonunun Tatlı kəndində üç nefli xristian məbədinin qalıqlarını qeydə almışlar(33.43).
1985-ci ildə arxeoloqlar C.Rüstəmov və F.Muradova Keşikçidağ abidələr kompleksində arxeoloji kəşfiyyat səfərində olmuşlar(ÇTŞ-nin arxivi,h-214).
M.Mənsurov və İ.Hacıyev 2008-2009-cü illərdə Kür çayının sol sahilində, Gürcüstanla sərhəddə, Keşikçidağ sahəsində xristian məbədi, monastır və mağaralar kompleksinə baxış keçirmişlər(8.71).
Bu cür abidələr içərisində Ceyrançöl mağara məbədləri xüsusi əhəmiyyət kəsb edir. Ceyrançöl mağara monastırı Kür çayının sol sahilində, Ceyrançöldə, Keşikçidağdakı Keşikçi qala, Qüdrət və Saloğlu bulağı yaxınlığında inşa edilmişdir. Buradakı hər üç sahədə tək və çox yaşayış otaqlarından ibarət sığınacaqlar, ibadət zalı, məişət - təsərrüfat təyinatlı otaqlar, su anbarı, ovdanlar qayaların bir neçə yarusda çapılması nəticəsində düzəldilmişdir. Bəzi mağaraların arasında gediş-gəliş üçün dəhliz vardır. Keşikçidağda ikiyaruslu və ikimərtəbəli mağaralar da var. Mağaralardan birində birinci mərtəbədən ikinci mərtəbəyə qalxmaq üçün yol giriş qapısının üstündədir və diqqəti yayındırır. Bu cür otaqlardan xüsusi mühafizə məqsədilə istifadə olunduğu ehtimal edilir. Digər bir mağarada isə iki yerdə qaya içərisində su durultmaq üçün yerlər düzəldilib. Dağın üstündən qayada düzəldilmiş nov vasitəsilə axıb gələn su əvvəlcə həmin çalalara tökülür, lilli çökdükdən sonra su ehtiyatı saxlamaq üçün duzəldilmiş quyuya toplanırdı. Quyunun ətrafa sərinlik verdiyi nəzərə alınaraq onun yuxarı hissəsində soyuducu kimi istifadə olunan ərzaq anbarı yeri düzəldilib. Həmin mağaranın içərisində işıqlandırıcı qoymaq üçün taxça formalı yerlər də var. Burada təbii mağaralarla yanaşı süni mağaraların da olması tikinti texnikasından məlum olur. Bəzi otaqların divar və tavanlarında əhəng suvağı üstündə xristian motivli polixrom təsvirlər və yazılar vardır. M.C.Xəlilova görə bu cür təsvirlər Alban dövlətinin süqutu nəticəsində bölgənin Ereti Gürcüstanının tərkibinə və gürcü kilsəsinin təsir dairəsinə daxil edilməsindən sonra, yəni XI əsrdə yaradıla bilərdi (12.166).
M.C.Xəlilov bu hadisəni 1008-ci ildə bölgənin müvəqqəti olaraq Ereti  knyazlığının tərkibinə keçməsi və Albaniya dövlətinin süquta uğraması ilə əlaqələndirsə də Albaniyanın dövlət kimi varlığına 705-ci ildə ərəblər tərəfindən son qoyulması, IX əsrdən isə müstəqil feodal dövlətlərin yaradılması və bununla əlaqədar Azərbaycanda dövlətçilik ənənələrinin dirçəldilməsi tarixdən məlumdur(12.84).
Bizim fikrimizcə, VIII əsrdə Tiflis müsəlman əmirliyinin yaradılması ilə bölgədə İslam dininin təsiri artdığından, XI əsrdə isə ərazi Səlcuqların təsiri altında olduğundan buradakı mağaralara gürcü elementlərinin artırılması mümkün deyildi.
1121-ci ildə gürcülərin Didqori qələbəsi və 1122-ci ildə Tiflis müsəlman əmirliyinin ləğvindən sonra bölgədə gürcülərin təsiri qismən artsa da, ən azı VIII əsrdə Tiflis müsəlman əmirliyinin yaradılmasından 1121-ci ilə qədər bölgədə İslam dininin təsiri güclü olmuşdur. XI-XIII əsrlərdə Gəncə və onun ətraf əraziləri təkcə müsəlman yox, həm Alban xristian mədəniyyətinin intibah mərkəzi idi. Bu dövrdə müsəlman intibahının Bərdə ədəbi mühitinin təsiri ilə yetişmiş Nizami Gəncəvi, Əbü Ula Gəncəvi, Qvami Gəncəvi, Məhsəti Gəncəvi və s. kimi görkəmli nümayəndələri kimi, Alban xristian  mədəniyyətinin də David Alavik, Mxitar Qoş, Kirokos Gəncəli, Böyük Vardan Albanski, Patmiç, Smbat Sparapet, Xetun Patmiç (21.707) və s. kimi xadimlərinin yetişməsində Gəncə şəhərinin rolu yüksək idi.
Tarixin sonrakı mərhələlərində də bölgə Atabəylər dövlətinin, İslam dininin ərazidə yüksək nüfuzunu görərək müsəlmanlığı qəbul etmiş Qazan xanın Hülakülər dövlətinin, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Gəncə xanlığı kimi müsəlman dövlətlərinin təsir dairəsində olduğundan həmin ərazidə gürcülərin üstün mövqe tutmasından danışmaq mümkün deyil.
Yalnız XVIII əsrin 40-cı illərində Gəncə xanlığına qarşı Qarabağ xanlığı ilə əlaqələr yaratmış gürcü çarlarının bölgədə müvəqqəti üstünlüyünü qeyd etmək olar. Elə buna görə də 1748-ci ildə yaranmış Gəncə xanlığının ərazisindən toplanılan xərac Qarabağ xanlığı ilə gürcü çarı arasında bölüşdürülürdü. Bu da Gəncə xanlığının zəifliyi demək idi və öz növbəsində Azərbaycanın Qərb bölgəsinə nəzarəti aşağı salırdı.
1783-cü ildə Georgiyevsk traktatına əsasən Gürcüstanın Rusiya himayəsinə keçməsilə gürcü çarlarının İrəvan və Gəncə xanlıqlarına təcavüz etməsinə yeni bir şərait yaransa da bu da davamlı xarakterdə olmur.
1801-ci ildə Georgiyevsk müqaviləsi ilə Gürcüstanın Rusiya himayəsinə keçməsi bir daha rəsmiləşdirilərkən Gəncə xanlığının tarixi torpaqları olan Qazax, Borçalı, Şəmşəddil və Pəmbək mahalları da rusların əli ilə Gürcüstana qatılır. 1804-cü ildə Gəncə əhalisinin müqavimətinin qırılması və Cavad xanın öldürülməsi ilə bölgə Gürcüstanı himayəsinə götürən rusların ixtiyarına keçir.
1828-ci ildə çar hökuməti İrandan və Türkiyədən Qafqaza xristian əhali köçürmə yolu ilə Qafqazın etnodemoqrafiyasını dəyişmək siyasəti yeridir, erməniləri Qarabağ, Naxçıvan və İrəvan xanlıqlarında yerləşdirməklə tarixi Azərbaycan əraziləri olan Naxçıvan və İrəvan xanlıqlarının torpaqlarında «Erməni vilayəti» yaradır.(Azərb.tarixi,Bakı 2005,səh.606). Çar hökuməti 1836-cı ildə Erməni-Qriqorian kilsəsi haqqında birgə qərar çıxararaq oraya Alban Apostol Avtokefal kilsəsi haqqında xüsusi maddə daxil edir, ona əsasən Alban kilsəsini avtokefallıqdan məhrum edir və bu kilsə yeparxiya halında Eçmiədzinə tabe etdirilir. Erməni kilsəsi alban milli mədəni irsini ələ keçirərək tamamilə onun şəkildəyişməsinə nail olur, bu habelə onun fiziki məhv edilməsi ilə də ifadə olunur.(22) Albanların deetnikləşməsi prosesi başlanır. Hətta M.Barxudaryants qeyd edir ki, Alban monastırları 1836-cı ildən heç bir arxiv və kitabxanaya malik deyildi, hər şey gizli şəkildə yoxa çıxmışdı, külli miqdarda qiymətli əlyazmalar oğurlanmışdı. Monastırlarda aylarla ibadət keçirilmirdi. Çünki nə savadlı adamlar, nə məktəb, nə rahiblər, nə də qiraətçilər var idi.(MaxarBarxudaryants,Arsax,I.35). Tədqiqatçıların fikrincə, albanların bir hissəsi İslam dinini qəbul edir, bir hissəsi qriqorianlaşır-erməniləşir, bir hissəsi provaslav dinini qəbul edib gürcüləşir. Sinod sənədləri göstərir ki, albanlar uzun müddət öz dinlərini qoruyub saxlayırlar. (21.710)
Bizim fikrimizcə, albanların tarixi varisinin Azərbaycan xalqının olduğunu nəzərə alsaq onda hansısa albanın erməniləşməsindən və gürcüləşməsindən danışmaq mümkün deyil. Lakin 1836-cı ildə Alban katolikosluğunun ləğvi ilə Azərbaycanda xristian alban abidələri diqqətdən kənarda qaldığından həmin abidələrdə erməni və gürcü elementləri yaranmağa başlayır. 1836-cı ildə Peterburq Sinodunun qərarı ilə Alban məbədlərinin fəaliyyətinin məqsədli şəkildə rəsmən dayandırılması ilə Qarabağda olan Alban məbədlərində erməni, Qərb bölgəsində olan abidələrdə isə gürcü elementləri yaranır. Məqsəd isə XIX əsrdən etibarən Azərbaycanın Rusiya imperiyasının tərkibinə qatılmasına baxmayaraq burada İslam dininin geniş yayılması və möhkəm dayaq tapması ilə Alban xristian abidələrinin diqqətdən kənarda qalmasından istifadə edərək onları erməniləşdirmək və gürcüləşdirməklə tarixi torpaqlarımıza iddia tələbləri irəli sürmək olmuşdur.
Odur ki, Ağstafa rayonu ərazisindəki Keşikçi dağda yerləşən Alban mağara məbədlərində gürcü elementləri ancaq  XIX əsrin I yarısı, yaxud ortaları yarana bilərdi.
2012-ci ilin iyul ayında Keşikçi dağında aparılan arxeoloji qazıntı və kəşfiyyat işlərinin nəticələri də bu fikri təsdiqləməyə əsas verir. Arxeoloji kəşfiyyat işləriburada ilk insan məskənlərinin e.ə. II minilliyin sonu - I minilliyin əvvəllərində dəmirin kəşfi ilə əlaqədar hasarlı yaşayış məskənlərinin yaranması ilə bağlı olduğunu əsaslandırmağa imkan vermişdir. Dağın zirvəsində təbii hasarların olması buna real şərait yaratmışdır. Keşikçi dağın ətəyində, Ceyrançöldə -e.ə. II minilliyin sonu – Iminilliyin əvvəllərinə aid kurqan tipli qəbirlərin mövcudluğu da fikrimizi bir daha təsdiq edir. Həmin kurqanlardan biri 2009-cu ildə arxeoloq N.Museyibli, ikisi isə 2012-ci ilin iyul ayında  A.M.Məmmədov və İ.Hacıyev tərəfindən tədqiq edilmişdir. A.M.Məmmədov və İ.Hacıyevin tədqiq etdiyi kurqanlardan birində daş qutu qəbirin kenotof (boş) olduğu müəyyənləşdirilmişdir. Qəbirlərin üst örtüyünün dağınıq vəziyyətdə  olmasına əsasən onların çoxunun  köçəri maldarlar tərəfindən qarət edildiyini söyləmək olar. Təsadüfi açılmış üçüncü bir qəbirdə isə skelet  bitumun içərisində yerləşdirildiyindən olduğu kimi saxlanılmışdır.
Digər iki qəbirdən son - ilk dəmir dövrünə aid xeyli sayda maddi - mədəniyyət qalıqları əldə edilmişdir.
Arxeoloji kəşfiyyat işləri zamanı mədəni təbəqələrdən aşkarlanmış müxtəlif dövrlərə aid maddi - mədəniyyət qalıqları, xüsusilə, saxsı materialları antik, ilk orta əsrlər inkişaf etmiş orta əsrlər və son orta əsrlər dövründə Keşikçi dağ ərazisində yaşayışın ardıcıl olaraq davam etdiyini müəyyənləşdirməyə imkan vermişdir. Bütün bunlar isə xalqımızın maddi - mədəniyyətindəki eyniliyi, ardıcıllığı və varisliliyi izləməyə şərait yaratmışdır.
Arxeoloji kəşfiyyat işləri zamanı müəyyənləşdirilmişdir ki, bütövlükdə Keşikçi dağərazisində 72 mağara vardır. Onlardan bəziləri təbii olsa da çoxu süni düzəldilmiş mağaralardır. (2.20,  19.36,  27)
Mağara məbəd termini ilk dəfə Azərbaycan arxeoloqlarından R.B.Göyüşov, R.M.Vahidov, N.M.Quliyev və başqaları tərəfindən işlədilsə də digərləri bu termini  «qaya kilsəsi» termini kimi ifadə etmişdir.(35.5) XIII əsr alban müəllifi Gəncəli Kirakos da XII-XIII əsrlərdə alban katalikoslarının sıxışdırılmasından bəhs edərkən onların Gəncə yaxınlığındakı  dağlarda yerləşən bir mağaradan alban kilsələrinə rəhbərlik etdiklərini  göstərmişdir. (Kirakos Tarix VI fəsil)Gəncəyə yaxın ərazidə ən iri mağara məbədlərin Ağstafa rayonu ərazisində olduğunu nəzərə alsaq  ehtimal ki, rəhbərlik Keşikçi dağda yerləşmişdir. Alban məbədlərinin mərkəzinin əvvəllər Çolada, sonralar isə Bərdədə və onun yaxınlığındakı Berdakurda və Gəncəsərdə olduğunu nəzərə alaraq, XIII əsrdən kilsəyə rəhbərliyin Gədəbəy rayonu ərazisində, Şəmkirçayın sol sahilində, yerli   əhali arasında  Qız qalası, Qızıl qala,  Namərd qala adları ilə tanınmış  abidənin yaxınlığındakı Mahrasa (Ay məbədi) məbədində  yerləşdiyini də güman etmək olar.
Keşikçi dağ mağara məbədləri ölçülərində inşa edilmiş kilsələrdə mehrab zalın döşəməsindən  25-30 sm yuxarıda yerləşir. Belə halda keşiş ibadətə gələnlərə fiziki cəhətdən daha yaxın olur.Bu Məsihin (Xristosun) həm də insan olması haqqındakı inamlara uyğun gəlir. Bu cür inşaat texnikası ilk orta əsrlərin tikinti xüsusiyyətləri ilə uyğundur. (7;28;35).  Eyni vəziyyət Goranboy rayonundakı Meşəli (Xarxaput), Şəkidə Kiş, Qaxda Ləkit, Yelisey, Gəncəsər, Çaykənd, Qarabulaq,  Qum, Xudavəng, Gədəbəydə Mahrasa və Mingəçevir məbədlərində müşahidə edilmişdir (5.156;7.31;19.174;26.30;27.40). 
Məbədlərdən bir neçəsinin içərisində bir və ya iki qəbir olduğu da müəyyənləşdirilmişdir. Tədqiqatlar göstərmişdir ki, bu məbədlər  qəbir qazılana qədər mövcud olmuşdur. Elə ona görə də qəbirin bir hissəsi məbədin bünövrəsinin üstündədir. Burada qəbir kamerasında meyidin tam yerləşməsi üçün kiçik taxçada düzəldilmişdir.
Müşahidələr göstərir ki, XIX əsrdə məbəddə yenidənqurma işləri aparan gürcülər qəbri qazarkən ehtiyatsızlıq etmiş, skelet parçalanmışdır. Lakin onun müqəddəs adam olduğu ehtimal edilərək, ayrıca qəbir düzəldilmiş, kəllə və qarışıq sümüklər orada dəfn edilmişdir.
Mağara məbədlər eramızın ilk əsrlərindən yaransa da onların xristianlığın gizli ibadətə məcbur edildiyi  dövrdə daha geniş istifadədə olması şübhəsizdir. Sasani dövləti tərəfindən xristianlığın sıxışdırılması prosesinin V əsrin ortalarında, II Yezdəgerdin hakimiyyəti illərində daha da gücləndiyi tarixi hadisələrdən məlumdur. VII - IX əsrlərdə ərəblərin Albaniya ərazisində hərbi əməliyyatları, katolikos İovannesin dövründə (797-822) Alban kilsəsinin mərkəzi iqamətgahının düzənlikdəki Bərdə şəhərindən Qarabağın dağlıq  hisəsindəki Berdakura köçürülməsi  belə mağara məbədlərdə yaşayışın artmasına rəvac verə bilərdi. Tədqiqatçı R.B.Göyüşov  da Albaniyanın ərəb xilafəti tərkibinə  qatılması ilə mağara məbədlərin sayının daha da artdığını bildirmişdir.
Tədqiqatlar göstərir ki, Keşikçidağ mağaraları hələ eramızın əvvəllərində bütpərəstlərin  ibadət yerləri olmuşdur.Din dəyişəndən sonra  Keşikçidağ məbədi  digər səcdəgahlar kimi  müqəddəsliyini qoruyub saxlamış, V əsrdə Alban hökmdarı II Vaçenin dövründə  yenidən qurulmuş və otaqların sayı artırılmışdır. Mbədlərin yerləşdiyi  ərazidə  qayaların çapılması o qədər də çətin olmadığı nəzərə alınaraq VII-VIII əsrlərdə ərəb işğalları dövründə  burada xristian albanlar həm də əlavə sığınacaqlar düzəltmişlər. Məbədlərdə və mağaralarda növbəti  yenidən qurama işləri XIX əsrdə aparılmışdır ki, o da təkcə ibadət yeri kimi yox ,  həm də qaçaq məskəni rolunu yerinə yetirmişdir.
Həmin ərazidə inşa edilmiş Keşikçi qalası da qaya üzərində qurulub və hündürlüyü 11 metr olmaqla üç mərtəbədən ibarətdir. Bəzi hissələrdə qalanın möhkəmliyini artırmaq məqsədilə çıxıntı formalı dayaqlar düzəldilib. Qalanın eni 5 metr, çıxıntıların ölçüsü 1.30x 50 sm-dir. Qalanın yanında onun kiçik həyəti, həyətə və qalaya qalxmaq üçün pilləkanlar, gözətçi yerləri, həyətin qalaya doğru olan hissəsində təndir formalı, içərisində yanıq izləri olan quyu var. Ondan hansı məqsədlə istifadə edildiyi məlum deyil. Ola bilsin ki, orada su toplanıb və aşağı ovdana axıb. Qalanın tikintisində əsasən qaya daşlarından istifadə edilsə də mərtəbələrarası tamamlama işləri məqsədilə 25x20x4sm, 25x18x4sm ölçülü kərpiclərdən istifadə edilib. Azərbaycanda bişmiş kərpicin istehsalına VIII-IX əsrlərdən başlandığını nəzərə alsaq, onda qalanın da X əsrdə yaranmış mərkəzi Gəncə şəhəri olan Şəddadilər dövlətinin müşahidə və ötürücü müdafiə qurğularından biri kimi tikildiyini söyləmək olar. Həmin qala həm də Agstafa -Poylu-Kəsəmən-Saloğlu-Muğanlı kəndlərindən, Karvan dərəsi -Saqqızlı dərə və Qara düzdən keçərək Qərbə doğru davam edən və bütün orta əsrlər boyu istifadədə olan ticarət karvan yolunun nəzarətdə saxlanmasına xidmət etmişdir. Həmin yolların kənarında “Gəlin qaya”, “Çoban daş” kimi tanınmış istiqamət bildirici yol işarələrinin olması da deyilənləri əsaslandırır.
Keşikçi dağının üstündəki məbədlərə gəldikdə isə onların V-VII əsrlərdə qaya üzərində inşa edilmiş Alban məbədi olduğu ,XX əsrin 50-60-cı illərində məbədin yenidən bərpası zamanı oraya gürcü elementlərinin əlavə edildiyi bəlli olur. Bu fikri Q.N.Çubinaşvilinin 1948-ci ildə Tiflisdə nəşr edilmiş əsərində məbədin həmin ildə görüntüsünü əks etdirən şəkli də təsdiq edir. Dağın üstündəki məbədlər erkən orta əsrlərdə Qazax-Ağstafa bölgəsində üstün mövqeyə malik olan Xunan, Xalxal şəhərlərinin yaranması ilə eyni dövrə uyğun gəlir.(37)
Keşikçi dağ abidələr kompleksinə daxil olan mağara məbədlərin ,Keşikçi qalasının və dağın üstündəki kilsələrin müxtəlif vaxtlarda tikilməsinə baxmayaraq onların ümumi şəkildə xalqımızın maddi sərvəti olduğunu danmaq olmaz. 

İstifadə olunmuş ədəbiyyat:

1.Vahidov R.M. Mingəçevir III - VIII əsrlərdə (arxeoloji qazıntı materialları
əsasında), Bakı, 1961
2.Vahidov R.M., Quliyev N.M. Kilsə dağında arxeoolji qazıntılar / 1971-ci ildə
Azərbaycanda aparılmış arxeoloji və etnoqrafik tədqiqatlar, Bakı,
1972, s. 19-21
3.Nərimanov İ.H. Alban hökmdarı Cavanşirin məzarı / Qafqaz Albaniyasının etno-
mədəni irsi, Beynəlxalq elmi konfrans, Bakı, 2001, s. 42-43
4.Məmmədov A.M. Gəncəbasarın Alban dövrü xristian abidələri, Bakı, 2000, 55 s.
5.Məmmədov A.M. Xarxaput (Meşəli) kəndində alban məbədi // Tarix və onun
problemləri, № 3, s. 157-159
6.Məmmədov T.M. Qafqaz Albaniyası ilk orta əsrlərdə, Bakı, 2006, 399 s.
7.Məmmədzadə K.M.Yelisey məbədi kompleksində memarlıq müşahidələri / 1971-
ci ildə Azərbaycanda aparılmış arxeoloji və etnoqrafik
tədqiqatlar, Bakı, 1972, s. 30-31
8.Mənsurov M.M.Ceyrançöl mağara monastırları haqqında / 2003-2004-cü illərdə
aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunlarına həsr
olunmuş elmi sessiyanın materialları, Bakı, 2005, s. 71-72
9.Muradova F.M. Qazaxda Alban abidələri (Qazax bölgəsində arxeoloji və
etnoqrafik tədqiqatlar (toplu) // Tərtib edənlər: A.Məmmədov,
E.Abbasova, Gəncə, 2008, s. 174-178
10.Muradova F.M., Rüstəmov C.N. Avey dağında alban dövrü abidələri /
Azərbaycanda arxeologiya və etnoqrafiya
elmlərinin son nəticələrinəhəsr olunmuş elmi
konfransın materialları, Bakı, 1992, s. 54-56
11.Moisey Kalankatuklu Albaniya tarixi, Bakı, 1993, 235 s.
12.Xəlilov M.C. Albaniyanın xristian abidələri (IV - X əsrlər), Bakı, 2011, 341 s.
13.Xəlilov M.C. Albaniyanın qəbir abidələri (IV - X əsrlər), Bakı, Nafta-Press, 180 s.
14.Xəlilov M.C. Albaniyanın yaşayış yerləri (IV - X əsrlər), Bakı, Xəzər Universiteti
Nəşriyyatı, Bakı, 2010, 284 s.
15.Göyüşov R.B. Amaras - Ağoğlan, Bakı, Elm, 1975

  1. Асланов К.М. Из истории материальной культуры Кавказской

Албании Ы – ЫВ вв., Сб. «Вопросы истории Кавказской
Албании», Баку, 1961, с. 125-130

  1. Бабаев И.А. Города Кавказской Албании в ЫВ в. до н.э. – ЫЫЫ в.н.э.,

Баку, 1990, 234 с.

  1. Барановский П.Д. Памятники в селениях Кум и Лекит / Архитектура

Азербайджана эпохи Низами, Москва – Баку, 1947,
с. 29-33

  1. Геюшев Р.Б. Христианство в Кавказской Албании (по данным

археологии и письменных источников), Баку, 1984, 192 с.

  1. Нуриев А.Б. Ремесло Кавказской Албании, Баку, 2009, 433 с.
  2. Мамедова Ф.Дж. Кавказская Албания и албаны, Баку, 2005, 798 с.
  3. Мамедова Ф.Дж. Политическая история и историческая география

Кавказской Албании, Баку, «Элм», 1986, 284 с.

  1. Мхитар Гош Албанская хроника, Баку, 1960
  2. Тревер К.В. Очерки по истории культуры Кавказской Албании (ЫВ в. до н.

э. –VII в.  н.э.) М-Л., АН СССР, 1959, 389 стр.

  1. Османов Ф.Л. История и культура Кавказской Албании, Баку, 2006,

285 с.

  1. Керимов В. Храм Зейзит Кавказской Албании / История, архитектура,

археология, Баку, 2008

  1. Карахмедова А.А. Христианские памятники Кавказской Албании

(Алазанская долина), Баку, 1986

  1. Усейнов М.А., Бретаницкий Л.С., Саламзаде А.В. История

архитектуры Азербайджана, т. 1, Баку – Москва, 1963, 393 с.

  1. Папуашвили Т.Г. Вопросы истории Эрети (Очерки социально –

экономической, политической истории), Изд.-во
Мецниереба, Тбилиси, 1970, 371 с.

  1. Ямпольский З.Н. Древняя Албания в ЫЫЫ – Ы вв. до н.э., Баку, АН

Аз.ССР, 1962, 381 с.

  1. Есаи Хасан Джалал Краткая история страна Албанской (1702 – 1722

гг.), Баку, 1989, 45 с.

  1. Чубинашвили Г.Н. Пешерные монастыри Давид-Гареджи (очерк по

 истории исскуства Грузии), Тбилиси, 1948, 117 с.

  1. Геюшев Р.Б.Поселение Татлы / АЭИА (1975 г.),Баку 1978,стр.42-44.                           

Нуриев А.Б.

  1. Ваидов Р.М.Гулиев Н.М.Археологические работы Таузского отряда в

ГасымовЭ.А1975 году   А Э И А (1975г),Баку 1978, стр.44-46
36. Мамедова Г.Г.  Зодчество Кавказской Албании.Баку 2004.( 224 стр)                                                     
37..Чикоидзе Ц.Н. Памятник раннего среднековья близ.г. Телави , Т К А Э
(1965-1966 гг), 1, Тбилиси 1969,Мецниереба,с. 128-136
38. Məmmədov A.M. Xunan şəhərinin tarixinə yeni baxış..Qazax  bölgəsində
Abbasova E.C.     arxeoloji və etnoqrafik tədqiqatlar (toplu)/Tərtibçilər: 
Allahverdiyeva S.K   A.Məmmədov, E.Abbasova. Gəncə 2008,səh.178